JURNALİSTLƏRİN TƏZYİQƏ MƏRUZ QALMASI FAKTI İLƏ BAĞLI CİNAYƏT İŞİNİN AÇILMASI TƏLƏBİ RƏDD EDİLDİ

İyul ayının 15-də Şərur rayon Cəlilkənddə peşə fəaliyyətlərini yerinə yetirərkən Şərur rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldıqları üçün Muxtar Respublika Prokurorluğuna və Azərbaycan Respublika Prokurorluğuna həmin polis əməkdaşlarına qarşı cinayət işinin açılması ilə bağlı RATİ-nin Naxçıvandakı müxbirləri Elman Abbasov, Mehman Mehdiyev və “Turan” İnformasiya Agentliyinin  müxbiri İlqar Nəsibovun şikayət məktubuna avqustun 22-də Muxtar Respublika  DİN tərəfindən cavab verilib. Bu haqda məlumatı RATİ-nin naxçıvandakı müxbiri Elman Abbasov bildirib.

E.Abbasov bildirib ki, jurnalistlərin  fiziki təzyiqə məruz qalmaları ilə bağlı Prokurorluğa foto şəkillər və video görüntü  təqdim etmələrinə baxmayaraq, MR DİN-in Daxili Təhqiqatlar İdarəsindən cavablandırılan məktubda jurnalistlərin müraciətinin Şərur rayon Prokurorluğunda araşdırıldığı, polis əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyinin müəyyən edildiyi və  01.08.11-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) maddəsinə əsasən cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edildiyi göstərilib.
Xatırladaq ki, iyulun 13-də Şərur rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun müavini Ələddin Məmmədov bir neçə şəxslə RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyevin evinə gələrək ona təzyiq edib və onun kiçik avtomobil yuma sexinə gələn elektrik xəttini  kəsdirib. İyulun 15-də  məsələ ilə bağlı yenidən onun üzərinə hücum edilib. Evinə və sexə gedən elektrik xətləri elektrik dirəkləri ilə birlikdə çıxarılaraq müsadirə olunub. Jurnalistin şəxsi mülkiyyətinə aid olan  yardımçı tikililərini, qarajını sökülməyə, yuyucu aparatın isə müsadirə etməyə cəhd ediblər. Məsələni araşdırmaq üçün jurnalistlər Elman Abbasov və İlqar Nəsibov da hadisə yerinə gediblər. Polislər onlara çəkiliş aparmamaları üçün fiziki güc tətbiq ediblər. Jurnalistlər ciddi bədən xəsarətləri alıblar, habelə kameraları əllərindən alınaraq, çəkilişlər silindikdən sonra geri qaytarılıb.

Previous Post

GƏNCƏDƏ VƏKİL VƏ JURNALİSTLƏR TƏZYİQƏ MƏRUZ QALIBLAR

Next Post

ENERJİ OĞURLUĞUNDA İTTİHAM OLUNAN JURNALİSTƏ QARŞI AÇILAN CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.