LƏNKƏRAN ŞƏHƏR MƏHKƏMƏSİ TƏLƏBƏNİN İDDİA ƏRİZƏSİNİ GERİ QAYTARIB

Lənkəran Dövlət Universitetindən (LDU) xaric olunması ilə bağlı əmrin qanunsuz hesab edilməsi ilə əlaqədar olaraq Lənkəran şəhər Məhkəməsinə müraciət edən tələbə Pərviz Əzimovun iddia ərizəsi geri qaytarılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumatı P. Əzimovun özü verib.

“Lənkəran şəhər Məhkəməsi iddia ərizəmi  vəkilim, “Media Hüququ İnstitutu”nun  hüquqşünası Xalid Ağəliyevə qaytarıb. Səbəb kimi isə mənim döydüyüm iddia edilən Elmir Rüstəmovun izahatının əslinin yox, surətinin məhkəməyə təqdim edilməsi olub. Sabah Elmirin izahatının əsli ilə birlikdə sənədlər məhkəməyə göndəriləcək”, – deyə qeyd edən P.Əzimov məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə açıq məktubla müraciət etdiyini,  may ayının 1-də Təhsil Nazirliyinə ünvanladığı  məktuba isə hələ də cavab verilmədiyini bildirdi.
Xatırladaq ki, Lənkəran Dövlət Universitetinin(LDU) rəhbərliyi tələbənin nizam intizam qaydalarını pozmasına görə (tələbə yoldaşını döymə) universitetdən qovulduğunu bildirir. P.Əzimov isə universitetdə baş verən qanunsuz hallarla bağlı “Cənub Xəbərləri” qəzetinin 10 fevral 2009-cu il sayında dərc etdirdiyi “Qapalı otaqlarda açıq bazar” məqaləsinə görə universitetdən qovulduğunu iddia edir.

Previous Post

KİV-İN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDUNUN HEYƏTİ BƏLLİ OLDU

Next Post

MƏTBUAT ŞURASI NÜMAYƏNDƏLƏRİ HƏBSDƏKİ JURNALİSTLƏRLƏ GÖRÜŞÜBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.