MƏHKƏMƏ CAVABDEHƏ SORĞUNU CAVBLANDIRILMASI ÜÇÜN BİR HƏFTƏ VAXT VERDİ

Bu gün (03 mart) Nərimanov rayon Məhkəməsində hakim Sevinc Alıyevanın sədirliyi ilə “Təzadlar” qəzetinin baş redaktoru Asif Məzilinin təhsil naziri Misir Mərdanova qarşı “informasiya sorğusunun cavablandırmaması” iddiası üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə yalnız iddiaçı tərəf “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili iştirak edirdi.
Prosesdə çıxış edən A. Mərzili keçən məhkəmə prosesindən sonrakı müddətdə  təhsil nazirliyi ilə əlaqə saxladıqlarını lakin sorğunun hələ də cavabsız qaldığını bildirdi. Hakim Sevinc Alıyeva bir həftə müddətində sorğuya cavab verilmədiyi təqdirdə məhkəmənin müvafiq qərar çıxaracağını bildirdi. Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salındı.
Xatırladaq ki, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili 20 noyabr 2008-ci il tarixində təhsil naziri M. Mərdanova  informasiya sorğusu ünvanlayıb. Sorğu cavablandırılmadığına görə, baş redaktor məhkəməyə müraciət edərək, sorğuya cavab verilməsi barəsində qətnamə çıxarılması xahiş edib.
Previous Post

AZƏRBAYCANDA YENİ BEYNƏLXALQ TELEVİZİYA AÇILACAQ

Next Post

CAVABDEH MƏHKƏMƏ PROSESİNDƏ İŞTİRAK ETMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.