Son iki-üç gün ərzində ölkə mətbuatı Mətbuat Şurasının (MŞ) qurultayının gecikməsi və Şuranın legitimlik məsələsi barədə yazır.
Dünən MŞ-nın sədri Əflatun Amaşov APA-ya verdiyi açıqlamasında adları çəkilən məsələlərə münasibət bildirib. Amaşov qeyd edib ki, “qurultay cəmi 2 aydır gecikir. Bunun isə obyektiv səbəbləri var. MŞ son altı ayda əsasən yeni ofisə köçmə, məskunlaşma və təsərrüfat işləri ilə məşğul olub. Narahat olmağa dəyməz. Biz də gecikmənin tərəfdarı deyilik. İdarə Heyətinin növbəti iclasında məsələyə baxılacaq”.
“Azadlıq” radiosu bu məsələlərlə əlaqədar Mətbuat Şurasının üzvlərinin mövqeyini öyrənib. “Turan” İnformasiya Agentliyinin direktoru, İdarə Heyətinin üzvü Mehman Əliyev öz açıqlamasında bildirib ki, “heç kim MŞ-nın fəaliyyətindən razı qala bilməz. Çünki MŞ yaranana qədər Azərbaycanda mətbuatın problemləri daha az idi. Azərbaycanda müstəqil medianın sayının azalması mediadakı ümumi ab-havaya ciddi təsir göstərdi. Mətbuat Şurası bu məsələdə öz funksiyalarını yerinə yetirə bilmədi”. Şuranın faktiki olaraq beynəlxalq donorlardan alınan qrantlar hesabına fəaliyyət göstərdiyini vurğulayan M.Əliyev quruma üzv olan media qurumlarının üzvlük haqqını ödəmədiklərini də söyləyib.
“Azadlıq” qəzetinin direktoru Azər Əhmədov isə qeyd edib ki, “bütün dünya Mirzə Sakiti vicdan məhbusu kimi tanısa da, MŞ-nın rəhbəri bildirir ki, o jurnalist fəaliyyətinə görə həbs edilməyib. MŞ yarananda bütün media əhli düşünürdü ki, bu qurum hakimiyyətlə media arasında körpü rolunu oynayacaq. Ancaq bu özünü doğrultmayıb”.
RATİ MŞ-nın İdarə Heyətinin növbəti iclasının nə vaxt keçiriləcəyini öyrənmək məqsədilə Əflatun Amaşovla əlaqə saxlayıb. Amaşov əməkdaşımıza bildirib ki, “iclasın nə vaxt keçiriləcəyi məlum deyil. Bunun üçün müzakirələr aparılmalı və sonra qərar verilməlidir”.