NORVEÇ SƏFİRLİYİNİN BİRİNCİ KATİBİ EYNULLA FƏTULLAYEVƏ GÖRÜŞÜB

Norveç səfirliyinin birinci katibi Riçard Skarboro 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə görüşüb.

Bu haqda RATİ-yə Skarboronun özü məlumat verib. Onun sözlərinə görə, təxminən iki  saat çəkən görüş ayrıca otaqda keçirilib. “Eynulla Fətullayev görüş zamanı heç bir şikayətinin olmadığını, azad olunası üçün yalnız Avropa Məhkəməsinə ümid olduğunu söylədi. Habelə, beynəlxalq təşkilatlardan onun işini diqqətdə saxlamalarını xahiş etdi”,  – deyə Skarboro bildirdi.
Previous Post

“İDEAL” QƏZETİ VƏ QƏZETİN TƏSİSÇİSİ BARƏDƏ MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT EDİLİB

Next Post

NORVEÇDƏ XARİCİ MÜLKİYYƏT HÜQUQLU YAYIMLAR QADAĞAN DEYİL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.