RATİ ZAHİDOVA HÖKM OXUYACAQ HAKİMƏ MÜRACİƏT ETDİ

RATİ “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidova ədalətli hökm çıxarılması xahişi ilə Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədovaya müraciət edib.

Müraciət artıq məhkəmənin dəftərxanasında qeydiyyata alınıb. Müraciətdə vurğulanır ki, prokuror tərəfindən Zahidov üçün beş il azadlıqdan məhrum edilmə cəzasının istənilməsi yerli və beynəlxalq ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb. Və jurnalistin bu cəzaya məhkum edilməsi Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərəcək. Eyni zamanda ölkədə siyasi sifarişlərlə artıq üç jurnalistin (Eynulla Fətullayev, Mirzə Sakit və Müşfiq Hüseynov) həbsdə olması, martın 13-də AŞPA-nın Monitorinq Komitəsinin iclasında Azərbaycana siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunması məsələsinin müzakirə ediləcəyi və /Zahidovun işində Avropa İnsan Haqları Konvensiyasının pozulmuş və pozula biləcək müddəaları hakimin diqqətinə çatdırlır.  Qeyd edək ki, sabah (26 fevral) keçiriləcək məhkəmə prosesində Qənimət Zahidova hökmün oxunacağı gözlənilir.Müraciətin tam mətninə www.irfs.az saytında baxa bilərsiniz.
Previous Post

RATİ-NİN HAKİM SÜDABƏ MƏMMƏDOVAYA GÖNDƏRDİYİ MÜRACİƏT

Next Post

FƏTULLAYEVƏ YALNIZ HÖKUMƏTYÖNÜMLÜ QƏZETLƏR VERİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.