“XALQ QƏZETİ”NİN BAŞ REDAKTORU RATİ-NİN APARDIĞI MEDİA MONİTORİNQİN NƏTİCƏLƏRİNDƏN NARAZI QALIB

“Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov bu gün RATİ-yə zəng edərək nəticələri dünən açıqlanan media monitorinqi ilə bağlı fikirlərini bildirib.

Həsənov monitorinqin nəticələrindən narazı qaldığını söyləyib, monitorinqin nəticələrinin heç bir kriteriyaya əsaslanmadığını iddia edib. O baş redaktoru olduğu qəzetdə İlham Əliyevin namizəd kimi deyil, yalnız prezident kimi fəaliyyətinin işıqlandırıldığını və məqalələrin dövlət teleqraf agentliyi olan “AzərTac”-ın məlumatları olduğunu əlavə edib.
Həsənov qəzetlərində verilən məlumatların “Azərbaycan” qəzetində verilən məlumatlarla eyni olduğunu deyərək monitorinq nəticəsində hansı əsaslarla “Xalq qəzeti”də İ.Əliyevin 100%, “Azərbaycan” qəzetində isə 97% işıqlandırıldığı ilə maraqlanıb.
Media monitorinqini aparan müşahidəçi Rəsul Cəfərov monitorinqin xüsusi metodologiya əsasında aparıldığını (hər hansı bir namizədin və ya siyasinin mediada işıqlandırılması 1% həcmidən az olduqda, bu ümumilikdə həmin siyasətçi və ya namizədin işıqlandırılmamağı kimi qəbul olunur – red.), “Xalq qəzeti” üzrə əks olunan nəticələrin qəzetdə verilən məlumatlara uyğun olduğunu bildirib. “Biz hesabatımızda da qeyd etmişik ki, İlham Əliyevə prezident kimi “Xalq qəzeti”ndə 100% yer ayrılıb. Məlumatların “AzərTac”-ın məlumatları olmasını biz də bilirik, amma həmin məlumatlar sizin qəzetdə yerləşdirilib. Faiz dərəcəsinə gəldikdə isə “Azərbaycan” qəzetində prezidentliyə namizədlərin qeydə alınması haqqında Mərkəzi Seçki Komissiyasının (MSK) qərarlarının tam mətni verilib, yəni müəyyən mənada digər namizədlərə yer ayrılıb. Sizin qəzetdə isə buna rast gəlinməyib, yalnız İlham Əliyevin qeydə alınması haqqında qərarın tam mətni çap olunub”, – deyə Cəfərov əlavə edib.
Previous Post

ƏVƏZ ZEYNALLININ İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

“XALQ QƏZETİ”NİN BAŞ REDAKTORU RATİ-NİN APARDIĞI MEDİA MONİTORİNQİN NƏTİCƏLƏRİNDƏN NARAZI QALIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.