ƏVƏZ ZEYNALLININ İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (17 sentyabr) Nərimanov rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə  Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilov və digərlərinin  “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi davam edib.

Xatırladaq ki, baş redaktor haqqında Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə (irqi, dini, milli ayrı-seçkilik salmaq) cinayət işi açılıb. Bu iddiaya səbəb  isə Adolf Hitlerin "Mənim savaşım" kitabının   Zeynallı tərəfindən Azərbaycan dilinə tərcümə olunması və kitabdan parçaların "Xural" qəzetində dərc olunması olub.
Qeyd edək ki, təxminən 10 ay bundan əvvəl başlamış məhkəmə prosesi Zeynallının “Mənim Savaşım” kitabını ekspertizaya göndərməklə bağlı qaldırdığı vəsatət əsasında təxirə salınmışdı. Zeynallının RATİ-yə verdiyi məlumata görə, bu 10 ay ərzində kitabın ekspertizası aparılmayıb.
Prosesdə Zeynallı kitabın ekspertizaya göndərilməsi ilə bağlı yenidən vəsatət qaldırıb. Hakim  Hüseynov vəsatəti baxılmamış saxlayıb və bildirib ki, proses zamanı ehtiyacın   yaranacağı təqdirdə kitab ekspertizaya göndəriləcək.
Proses sentyabrın 23-də saat 15.00-da şahid ifadələri ilə davam edəcək.

Previous Post

JURNALİST ARAŞDIRMALARI MƏRKƏZİ FƏALİYYƏTİNİ AKTİVLƏŞDİRİR

Next Post

“XALQ QƏZETİ”NİN BAŞ REDAKTORU RATİ-NİN APARDIĞI MEDİA MONİTORİNQİN NƏTİCƏLƏRİNDƏN NARAZI QALIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.