“XALQ QƏZETİ”NİN BAŞ REDAKTORU RATİ-NİN APARDIĞI MEDİA MONİTORİNQİN NƏTİCƏLƏRİNDƏN NARAZI QALIB

“Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov bu gün RATİ-yə zəng edərək nəticələri dünən açıqlanan media monitorinqi ilə bağlı fikirlərini bildirib.

Həsənov monitoriqin nəticələrindən narazı qaldığını söyləyib, monitorinqin nəticələrinin heç bir kriteriyaya əsaslanmadığını iddia edib. O baş redaktoru olduğu qəzetdə İ.Əliyevin namizəd kimi deyil, yalnız prezident kimi fəaliyyətinin işıqlandırıldığını və məlumatların dövlət teleqraf agentliyi olan “AzərTac”-ın məlumatları olduğunu əlavə edib. Həsənov qəzetlərində verilən məlumatların “Azərbaycan” qəzetində verilən məlumatlarla eyni olduğunu iddia edərək monitorinq nəticəsində hansı əsaslarla “Xalq qəzeti”ndə İ.Əliyevin 100%, “Azərbaycan” qəzetində isə 97% işıqlandırıldığı ilə maraqlanıb.
Media monitorinqini aparan müşahidəçi Rəsul Cəfərov monitorinqin xüsusi metodologiya əsasında aparıldığını, “Xalq qəzeti” üzrə əks olunan nəticələrin qəzetdə verilən məlumatlara uyğun olduğunu bildirib. Bu metodologiya Slovakiyanın media monitorinqi üzrə ixtisaslaşmış təşkilatı – MEMO 98 tərəfindən hazırlanıb və bütün dünyada istifadə olunur. “Bizim diaqramlarda da “Xalq qəzeti”ndə İ.Əliyevə prezident kimi 100% yer ayrıldığı göstərilir. Məlumatların “AzərTac”-ın məlumatları olmasını biz də bilirik, amma həmin məlumatlar sizin qəzetdə yerləşdirilib. Faiz dərəcəsinə gəldikdə isə “Azərbaycan” qəzetində prezidentliyə namizədlərin qeydə alınması haqqında Mərkəzi Seçki Komissiyasının (MSK) qərarlarının tam mətni verilib, yəni müəyyən mənada digər namizədlərə yer ayrılıb. Sizin qəzetdə isə buna rast gəlinməyib, yalnız İ.Əliyevin qeydə alınması haqqında qərarın tam mətni çap olunub”, – deyə Cəfərov əlavə edib.     

Previous Post

“XALQ QƏZETİ”NİN BAŞ REDAKTORU RATİ-NİN APARDIĞI MEDİA MONİTORİNQİN NƏTİCƏLƏRİNDƏN NARAZI QALIB

Next Post

“YENİ MÜSAVAT” QƏZETİNİN BANK HESABLARINA HƏBS QOYULUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.