
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən RTİ sədri Eldəniz Elgün vurğuladı ki, təşkilat “Xural” qəzetinin maddi texniki bazası əsasında fəaliyyət göstərəcək. “Bu təşkilat 2005-ci ildə təsis olunub. Lakin yaranandan 1 ay sonra İran İslam Respublikasının təzyiqi, Azərbaycan hakimiyyətinin təkidi ilə mənə qarşı Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə cinayət işi açılmış və qeyri-rəsmi şəkildə qadağaya məruz qaldığı üçün təşkilat fəaliyyəti dayandırmışdı” – deyən Eldəniz Elgün vurğulayıb ki, cinayət işin ləğv olunub və bu səbəbdən də regionda baş verən proseslərin aktivliyini nəzərə alaraq, yenidən fəaliyyət göstərəcəklər.