XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİAYA SƏBƏB OLAN MƏQALƏ EKSPERTİZAYA GÖNDƏRİLDİ

Bu gün ( 26 iyul) Nərimanov rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun “Millətim” qəzetinin baş məsləhətçisi Fərəməz Novruzoğluna (Allahverdiyev) qarşı xüsusi ittiham qaydasında iddiası üzrə məhkəmə prosesi keçirildi.

İddiaçının nümayəndəsi M.İsrafilov iddiaya səbəb olmuş məqalədə hüquqlarını müdafiə etdiyi şəxsin şərəf və ləyaqətinə toxunan ifadələrin yer aldığını deyərək, məhkəmədən ittiham xarakterli qərar qəbul etməsini xahiş etdi.

 

F. Novruzoğlu ittihamda özünü təqsirli bilmədiyini və məqalədə heç bir təhqiredici elementlərin işlədilmədiyini, həmçinin bütün fikirlərin kontekstdən çıxarıldığını bildirdi.

 

M. İsrafilov bildirdi ki, iddiada göstərilən ifadələr barədə ekspertiza təyin edilsin.

 

F. Novruzoğlu iddiaçının nümayəndəsinin  bu vəsatətinə etiraz etmədiyi bildirdi.

 

Hakim T. Hüseynov  vəsatətin təmin edildiyini bildirdi və prosesi qeyri-müəyyən vaxtadək təxirə saldı.

 

Xatırladaq ki, “Millətim” qəzetinin 10-16 iyun 2010-cu il tarixli N22 (063) sayındakı “Arifin oğlunun “şərəfi”” adlı məqalədə  şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edən “Yeni Müsavat” qəzetinin baş reaktoru Rauf Arifoğlu Allahverdiyev Fərəməz Novruz oğlu barədə Cinayət Məcəlləsinin 147.1 (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə cinayət təqibi başlanaraq, cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş edib.

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur. “Millətim” qəzeti isə 2009-cu ilin birinci yarısından fəaliyyətə başlayıb və həftədə 1 dəfə nəşr olunur.

 

Previous Post

“YENİ MÜSAVAT” QƏZETİNİN ƏMƏKDAŞI BİLƏSUVAR POLİSİ TƏRƏFİNDƏN SAXLANILIB

Next Post

MƏHKƏMƏ ADNAN HACIZADƏNİN VAXTINDAN ƏVVƏL AZAD OLUNMAQLA BAĞLI ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.