“BAKI XƏBƏR” QƏZETİNƏ QARŞI İDDİA TƏMİN EDİLMƏDİ

Bu gün (18 iyul) Yasamal rayon Məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə Tatyana Çaladzenin "Bakı Xəbər" qəzetinə qarşı qaldırdığı iddiası əsasında məhkəmə prosesi yekunlaşıb

Bu barədə RATİ-yə məlumat verən qəzetin baş redaktoru Aydın Quliyevin sözlərinə görə, hakim ekspertiza rəyini əsas tutaraq T.Çaladzenin iddiasının təmin edilmədiyi barədə qətnamə çıxarıb.
             
Xatırladaq ki, Tatyana Çaladze "Bakı xəbər" qəzetinin 13 aprel 2007-ci il tarixli sayında çap olunan "Tatyana Çaladzeyə 2 ev veriblər" başlıqlı yazıya görə qəzetin redaksiyasını 29 yanvar 2008-ci ildə məhkəməyə verib. Çaladze yazını özünün şərəf və ləyaqətini alçaldan və işgüzar nüfuzuna xələl gətirən məqalə kimi qiymətləndirib. İddia ərizəsində təkzibin verilməsi və redaksiyanın 50.000 AZN məbləğində cərimələnməsi haqqında qərarın çıxarılması xahiş edilirdi. Məqalədə şərəf və ləyaqəti alçaldan və ya işgüzar nüfuza xələl yetirən ifadələrin olub-olmamasını müəyyənləşdirmək üçün yazı ekspertizaya göndərilmişdi. Ekspertiza isə yazıda bu cür ifadələrin olmadığı barədə rəy verib.     

Previous Post

İDMAN TELEKANALINI AZTV AÇACAQ

Next Post

BAŞ REDAKTOR ONA QARŞI QALDIRILMIŞ İDDİAYA BAŞQA HAKİMİN BAXMASINI İSTƏYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.