BAHAR MURADOVA MTRŞ-NİN QƏRARINI HAQLI HESAB EDİR

Milli Məclisin bu gün (10 fevral) keçirilən iclasında  vitse-spiker Bahar Muradova Milli Televiziya və Radio Şurasının (MTRŞ) türk seriallarının Azərbaycan dilinə tərcümə olunması ilə bağlı qərarına etiraz edən deputatların təkliflərinə münasibət bildirib.

O deyib ki,  qanunların tətbiq edilməsi hansısa digər dilin sıxışdırılması kimi başa düşülməməlidir:  “Azərbaycanın dövlət dili Konstitusiyada dəqiq göstərilib. Biz müxtəlif dilləri mənimsəyib danışa bilərik.  Amma bu bizim dövlət dilimizin sıxışdırılması hesabına həyata keçirilməməlidir. Nə qədər bizə yaxın dillər olsa da, hər bir millətin öz dövlət dili var. Dövlət dilinin tətbiqi ilə bağlı görülən tədbirləri süngü ilə qarşılamaq olmaz”.

 “Mediaforum” xəbər saytının yaydığı məlumatda o da qeyd olunur ki, B.Muradova milli tezliklərdə yayım lisenziyaları uzadılmayan xarici radiostansiyalar məsələsinə də toxunub:   “Bu məsələyə birdəfəlik son qoymaq lazımdır. Prezident öz mövqeyini bildirib. Mövqe ondan ibarət olub ki, biz radioların fəaliyyətini dayandırmamışıq, qanunvericiliyin tələblərinə əməl olunmasını tövsiyə etmişik. Hesab edirəm ki, milli tezliklərdə yayımın dayandırılması qərarı düzgündür və bununla bağlı Azərbaycan iqtidarını və Milli Teleradio Şurası rəhbərliyini günahlandırmağa heç kəsin haqqı yoxdur»

 Xatırladaq ki, MTRŞ 30 dekabr 2008-ci ildə keçirdiyi iclasında 2009-cu il yanvarın 1-dən etibarən üç xarici radiostansiyanın – Amerikanın səsi”, “Azadlıq” və BBC radiostansiyalarının fəaliyyətinin dayandırılması və bəzi verilişlər istisna olmaqla, qalan verilişlərin Azərbaycan dilində yayımlanması barədə qərar qəbul edib.

Previous Post

“MEDİA FM” YAYIMA BAŞLADI

Next Post

QƏNİMƏT ZAHİD 46 YAŞINI HƏBSDƏ QARŞILADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.