Bu gündən (10 fevral) etibarən Azərbaycan radio məkanında yeni – “Media FM” radiosu öz yayım fəaliyyətinə başlayıb.
“Media FM”-in baş direktoru Tural Əliyevin “APA”-ya verdiyi məlumata görə, 24 saatlıq yayım müddəti ərzində dinləyicilərə əsasən xəbərlər, sosial, siyasi proqramlar, habelə gənclərə və uşaqlara aid verilişlər təqdim edəcək radio mart ayından etibarən proqramların rəngarəngliyini daha da artıracaq.
Xatırladaq ki, “Media FM” radiosu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Bakı və Abşeron üzrə 105.5 MHz tezliyinə elan etdiyi müsabiqədə qalib gəlib.
Qeyd edək ki, bu müsabiqədə “Media FM” radiosundan başqa, daha üç iddiaçı, “Mediamaster” MMC (Kapital FM), “Tandem” MMC (Tam FM) və “SN” MMC (Paytaxt FM) də iştirak edib.