Bəxtiyar Hacıyev polis məntəqəsinə aparılıb

318646_10151343618796421_1919980472_n

İyulun 31-də Bəxtiyar Hacıyev  polis əməkdaşları tərəfindən saxlanılıb və 18 saylı Nərimanov Rayon Polis Şöbəsinə aparılıb. Bu  barədə Bəxtiyar Hacıyev öz facebook səhifəsində yazıb. Bəxtiyar Hacıyevin saxlanılmasına səbəb polisin vətəndaşı döyərkən çəkiliş aparması olub. Polis şöbəsində məsələ aydınlaşdırıldıqdan sonra Bəxtiyar Hacıyev sərbəst buraxılıb.

Saxlanması ilə bağlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna açıqlama verən Hacıyev bildirib ki, heç bir əsas olmadan zorakılıq faktını fotoaparatla çəkdiyim zaman saxlanıldım.

“Nərimanov metrosunun yaxınlığında polisin vətəndaşa qarşı zorakılıq etdiyini gördüm və  əlimdə olan fotoaparatla bunu görüntüyə almaq istədim. Ancaq vətəndaşa zorakılıq edən polis əməkdaşı mənə yaxınlaşdı və bölməyə getməli olduğumu bildirdi. Bölmədə olarkən rəislə görüşdüm və məsələni aydınlaşdırdıq. Eyni zamanda bölmədə olarkən saxlanılan zaman mənimlə kobud danışan və rəftar edən polis əməkdaşları rəisin tələbi ilə məndən üzr istədilər və sonra məni sərbəst buraxdılar”, -deyə  Bəxtiyar Hacıyev qeyd edib.

Bəxtiyar Hacıyev saxlanılan zaman 18 saylı Polis bölməsindən RATİ-yə bildiriblər ki, bu şəxs bölməyə gətirilməyib. Ancaq təkidlə edilən zənglərdən sonra bildiriblər ki, Bəxtiyar Hacıyev sərbəst buraxılıb.

Previous Post

Məhkəmə jurnalistin heç bir vəsatətini təmin etməyib

Next Post

Jurnalistin qohumlarına təzyiq edilir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.