Jurnalistin qohumlarına təzyiq edilir

xalid qarayev
“Azadlıq” qəzetinin əməkdaşı, videoblogger Xalid Qarayevin İmişlidə yaşayan qohumları təzyiqə məruz qalıblar. Bu barədə bu gün (31 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) X. Qarayev məlumat verib. Jurnalistin sözlərinə görə, rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin rəis müavini İmanov (yalnız soyadını deyib) onun sözügedən rayonda yaşayan qohumlarından Qarayev  haqqında məlumatlar istəyərək, həmçinin onların özlərinin harada işləməsi iləmaraqlanıb.
“Mən rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin rəis müavini İmanov  ilə əlaqə saxlayıb və təzyiqlərin səbəbini  aydınlaşdırmağa çalışdım. İmanov mənə bu barədə onlara məxfi dairədən tapşırıq gəldiyini deyərək, başqa heç bir məlumat verməyəcəyini bildirdi”-, deyə jurnalist qeyd edib.

İmişli rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin rəis müavini İmanov RATİ-yə açıqlamasında məlumatı təsdiq edərək, jurnalistin və qohumlarının araşdırılması barədə onlara məxfi məlumatın daxil olmasından sonra belə  bir addımın atıldığını bildirib.

Previous Post

Bəxtiyar Hacıyev polis məntəqəsinə aparılıb

Next Post

“Note Bone” qəzetinin baş redaktoru saxlanılıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.