BƏXTİYAR HACIYEVİN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB

Həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin səhhətində problemlər yaranıb. Bu barədə “Media forum” xəbər saytına fəalın qardaşı Vüqar Hacıyev məlumat  verib.

Vüqar Hacıyevin sözlərinə görə, mayın 24-də Gəncədəki 2 saylı İstintaq Təcridxanasında qardaşı ilə görüşüb.  Bəxtiyar Hacıyev saxlanma şəraiti, təcridxana rəhbərliyinin və əməkdaşlarının münasibətindən narazılıq etməyib: “Lakin Bəxtiyarın səhhətində, xüsusən də psixoloji durumunda ciddi problemlər var. Mən qardaşımda əvvəllər rast gəlmədiyim bir sıra hallar müşahidə etdim. Əsəbləri yerində deyil. Təcridxanada müayinədən keçməsinə şərait yoxdur. Ona görə də Bəxtiyarı həkim müayinəsindən keçirmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət edəcəyik. Artıq məktubumuz hazırdır. Bəxtiyar özü də “Qızıl Xaç”ın həkimlərinin onu müayinə etməsini istəyir”, – deyə Vüqar Hacıyev bildirib.

            Hacıyev onu da  bildirib ki, Bəxtiyar hazırda apellyasiya şikayəti haqda düşünür: “Ölkədəki ictimai-siyasi vəziyyətlə maraqlandı, gənclərin fəallaşmasından sevindiyini dedi. Əsas mesajı isə Azərbaycanda vətəndaş cəmiyyətinin təmsilçilərinə və beynəlxalq təşkilatlaradır. Vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların həbslərə görə Azərbaycan hakimiyyətinə təzyiqləri artırmasını istəyir”, – deyə Vüqar  Hacıyev əlavə edib.

            Xatırladaq ki, Bəxtiyar Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb, fevralın əvvəllərində isə bu  tədbir “polisin nəzarətində olma” ilə əvəz olunub

            Martın 4-də isə Bəxtiyar Hacıyev bir ay müddətinə həbs edilib.  Hüquq müdafiə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub. .  2011-ci il may ayının 18-də isə  o Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Mayın 18-də isə Gəncə Şəhər Nizami Rayon məhkəməsi Bəxtiyar Hacıyev barəsində 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Previous Post

NEMƏT PƏNAHLININ MƏHKƏMƏSİ ŞAHİDLƏRİN DİNDİRİLMƏSİ İLƏ DAVAM EDİB

Next Post

„AZADLIQ“ QƏZETİNİN ƏMƏKDAŞI DİN-DƏ İFADƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.