HÜQUQ MÜDAFİƏÇİLƏRİ VƏ JURNALİSTLƏRDƏN İBARƏT QRUP NAXÇIVANA SƏFƏR EDƏCƏK

Naxçıvanın Demokratiyaya Dəstək və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova RATİ -nin mətbuat Mərkəzindəki bugünkü  mətbuat konfransında Naxçıvanda dəhşətli vəziyyət, jurnalistlərin və hüquq müdafiəçilərinin ağır iş şəraitindən danışıb.

“Naxçıvanda sınaqdan çıxarılan repressiya metodları sonradan bütün Azərbaycana yayılır. Məsələn, ilk dəfə orada insanları etiraz etdiklərinə görə dəlixanalara basırdılar, məhz orada ilk dəfə jurnalistlər oğurlanıb. İndi də ilk dəfə Milli Təhlükəsizlik Nazirliyinin binasında 30 yaşlı Turac Zeynalov öldürülüb”, – deyə qeyd edən  Nəsibova onu dəhşətli hadisə adlandırıb və Naxçıvandakı vəziyyətin monitorinqi üçün hüquq müdafiəçilərindən ibarət qrup yaratmağı təklif edib.

“Zeynalovun qətli faktını və aeroportun həbsdə saxlanılan, işgəncələrə məruz qalan daha dörd əməkdaşının taleyini ictimailəşdirmək lazımdır. Onlar hamısı, o cümlədən Turac Zeynalov heç bir məhkəmə sanksiyası olmadan həbs olunublar”, –  deyə Nəsibova bildirib.

“NMR-in dövlət orqanlarından şərh və ya məlumat almaq mümkün deyil. Bütün dövlət məmurları jurnalistləri kobud şəkildə təhqir edir, sualları cavablandırmır”, –  deyə Nəsibova bildirib.

Tədbirdə iştirak edən Redaktorlar Birliyinin üzvləri Turac Zeynalovun ölümü və Naxçıvan hava limanının daha dörd əməkdaşının həbsi ilə əlaqədar NMR MTN-in hərəkətlərini kəskin şəkildə pisləyiblər.

Onlar NMR hakimiyyətini qanunlara riayət etməyə və insan hüquqlarına hörmət etməyə çağırıblar. Redaktorlar Birliyi vəziyyəti yerindəcə öyrənmək üçün jurnalistlərdən və hüquq müdafiəçilərindən ibarət qrup yaradaraq, Naxçıvana göndərmək qərarını  qəbul edib.

Previous Post

REDAKTORLAR BİRLİYİNİN FƏALİYYƏTİ BƏRPA EDİLDİ

Next Post

VƏTƏNDAŞ CƏMİYYƏTİ NÜMAYƏNDƏLƏRİNİN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.