BAKI MƏTBUAT KLUBU FƏALİYYƏTİNİ BƏRPA EDƏ BİLMİR

Bakı Mətbuat Klubunun (“Press-klub”) bərpası üçün Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış müraciətə hələ də cavab verilməyib.

Bu barədə bu gün (13 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) klubun təsisçilərindən biri Arif Əliyev məlumat verib. Müsahibimiz klubun bərpa edilməsi üçün 2008-ci ilin oktyabr ayında Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladıqları müraciətə hələ də cavabın verilmədiyini bildirdi: “Biz həmçinin bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara da müraciət etmişik, lakin təklif olunan yerlər ofis üçün münasib deyil”.
Məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan RATİ-yə bildiriblər ki, bu müraciət çoxdan ünvanlandığı üçün həmin müraciətin qeydiyyat nömrəsini bilmək vacibdir: “Ancaq müraciət sahibləri nəticə ilə maraqlanmırlar” – deyə İcra Hakimiyyətinin əməkdaşı bildirdi. Arif Əliyev isə RATİ-yə bəzi səbəblərdən müraciətin qeydiyyat nömrəsini verə bilməyəcəklərini söylədi.
Xatırladaq ki,  Bakı Mətbuat Klubu 1998-ci ilin iyul ayında yaradılıb. 2005-ci ilin yanvar ayında maliyyə və yer problemi səbəblərinə görə fəaliyyəti dayandırmışdır.
Previous Post

MƏTBUAT ŞURASI APARDIĞI MONİTORİNQİN İLKİN NƏTİCƏLƏRİNİ AÇIQLAYIB

Next Post

“GÜNDƏLİK BAKI” QƏZETİNİN REDAKSİYASINA HÜCUM OLDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.