MƏTBUAT ŞURASI APARDIĞI MONİTORİNQİN İLKİN NƏTİCƏLƏRİNİ AÇIQLAYIB

Bu gün (13 mart) Mətbuat Şurasının (MŞ) monitorinq qrupu, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə apardığı "Mətbuatda peşə etikası, norma və qanunlarının gözlənilməsi" adlı monitorinqin birinci mərhələsinin yekunlarını açıqlayıb.

Bununla bağlı keçirilən mətbuat konfransında MŞ-nın sədri Əflatun Amaşov bildirib ki, bir ay ərzində aparılmış monitorinq nəticəsində ümumilikdə 2545 peşə etikası pozuntusu aşkarlanıb. Şura sədrinin sözlərinə görə monitorinqdə pozuntular 50 kod vasitəsilə simvollaşdırılsa da qeydə alınmış pozuntular əsasən 13 kodun, özgə müəllifin istinad edilmədən istifadə, özgəsinin materialının müəllifi göstərilmədən öz imzası ilə istifadə, balansın pozulması, jurnalistin tərəf kimi çıxış etməsi kodlarının əhatəsində cəmləşib.
Ə. Amaşov sonda onu da qeyd edib ki, 2010-cu ilin fevral ayının 1-i tarixini qədər davam edəcək monitorinq, ölkədə azərbaycan və rus dillərində dövrü nəşr olunan 57 mətbu KİV-i və 3 internet-saytını əhatə edir.
Previous Post

MÜBARİZ MƏSİMOĞLUNA QARŞI MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Next Post

BAKI MƏTBUAT KLUBU FƏALİYYƏTİNİ BƏRPA EDƏ BİLMİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.