“GÜNDƏLİK BAKI” QƏZETİNİN REDAKSİYASINA HÜCUM OLDU

Bu gün (13 mart) günorta saatlarında “Gündəlik Bakı” qəzetinin redaksiyasına bir qrup şəxs tərəfindən hücum olub.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Gündəlik Bakı” qəzetinin şef-redaktoru Ədil Hüseynli məlumat verib. Onun sözlərinə görə, hadisəyə səbəb Azneft Tikinti Təchizatı İdarəsinin rəisi Rais Babayev barədə şikayət ərizəsi əsasında “Gündəlik Bakı” tərəfindən bir neçə yazının dərc edilməsidir. Şikayət ərizəsini isə qəzetə Rais Babayevin həyat yoldaşı Gülşən Babayeva təqdim edib:  “Bu gün redaksiyamıza bir qrup insan gələrək bizi provakasiyaya çəkməyə cəhd göstərdilər. Özlərini Gülşən Babayevanın qızları kimi  qələmə verən şəxslər analarının ruhi xəstə olduğunu və şikayət ərizəsinin qəzetdə dərc olunmasının yanlış olduğunu bildirərək səs-küy saldılar. Lakin onlar baş redaktorumuz Habil Vəliyevin baş vermiş hadisə ilə bağlı polisə məlumat vermək istədiyini görən zaman məqsədlərini anlatmadan çıxıb getdilər”.
Ə.Hüseynli onu da qeyd etdi ki, onların redaksiyaya hücum olunması ilə bağlı artıq hüquq-mühafizə orqanlarına məlumat verilib.
Qeyd edək ki, Azneft Tikinti Təchizatı İdarəsinin rəisi Rais Babayevlə əlaqə saxlamaq istəsək də, bu mümkün olmadı.
Previous Post

BAKI MƏTBUAT KLUBU FƏALİYYƏTİNİ BƏRPA EDƏ BİLMİR

Next Post

JURNALİSTDƏN ÖTƏN İL KEÇİRİLMİŞ AKSİYAYA GÖRƏ İZAHAT ALDILAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.