“JURNALİSTİN BAKI MƏHKƏMƏSİ” ADLI MƏQALƏ DƏRC OLUNUB

Dünən (26 dekabr) Rusiyanın “Strana Ru” mətbu orqanında “Bakinsiy sud nad jurnalistom” (“Jurnalistin Bakı Məhkəməsi”) adlı məqalə dərc olunub.

Məqalə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun üzərində məhkəmənin başlanmasına aiddir. ”Strana Ru”-nun xahişi ilə Rusiya Siyasi Texnologiya Mərkəzinin Baş direktor müavini Aleksey Makarkin vəziyyəti şərh edib. Politoloq bildirib ki, Q.Zahidlə bağlı məhkəmə işini Azərbaycandakı digər müxalifyönlü jurnalistlərin məhkəmə işlərindən ayırmaq olmaz. A.Makarkin qeyd edib ki, hal-hazırda Azərbaycanda 9 jurnalist həbsdədir.

      Bundan sonra məqalədə qeyd edilir: “əlbattə ki, Qərbdə Azərbaycanda baş verən siyasi proseslər diqqətlə izlənilir və hətta kəskin bəyanatlar da verilir. Amma bu bəyanatlar Qərb liderləri və ya Xarici İşlər Nazirliklərin rəsmilərinin dilindən səslənmir. Bu çətin missiya ikinci dərəcəli siyasətçilər və politoloqların üzərinə düşür”.

      A.Makarkin mətbu orqanının əməkdaşı ilə söhbətində vurğulayır ki,, hakimiyyətə gəldiyi ötən dörd il ərzində İlham Əliyev ABŞ və Qərb ilə qarşılıqlı anlaşmaya nail olub: “Yaxınlarda o Parisdə  səfərdə olub və Fransa prezidenti Nikolya Sarkozi ilə görüş keçirib. Elisey sarayının rəhbəri öz Azərbaycanlı həmkarı ilə görüşü zamanı və sonrakı çıxışlarında Azərbyacanla əməkdaşlığın möhkəmləndiyini qeyd edib və bununla belə diplomatik şəkildə Azərbaycanın daxilində baş verən siyasi proseslərdən yan keçdi”.

     Makarkinin fikrincə, Nikolya Sarkozinin Azərbaycana münasibəti ABŞ-a və əksər Avropa ölkələrinə məxsusdur. “Avropa ölkələrinin Moskvanı “enerji şantajı”nda suçladığı bir şəraitdə, onlar Rusiya ərazisini yan keçərək neft və qazın Xəzər regionundan Avropaya ixracı üzrə layihələrin  həyata keçirilməsində Bakıdan özlərinə dəstək əldə etməyə cəhd edirlər. Bu vəziyyətdə nə Qərbə, nə də ABŞ-a İlham Əliyev rejimi ilə münasibətlərin gərginləşdirilməsi sərfəli deyil və əgər aparıcı ölkələrin başçıları rəsmi Bakını insan hüquqlarının pozulması və azad mətbuatın məhdudlaşdırılmasına görə tənqid atəşinə tutsaydılar bu qaçılmaz olardı”. 

Previous Post

YENİ KOMİSSİYA YARADILIB

Next Post

RATİ SƏDRİNİN PREZİDENTƏ AÇIQ MƏKTUBUNUN MƏTNİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.