YENİ KOMİSSİYA YARADILIB

APA Agentliyinin bu gün yaydığı məlumata görə, Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası və bu sahədə görüləcək işlərlə bağlı proqramın hazırlanıb, Prezident Aparatına təqdim edilməsi üçün Komissiya yaradılıb.

 Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov açıqlama verib. Onun sözlərinə görə, komissiyanın işçi qrupuna Mətbuat Şurasının üzvləri ilə yanaşı, iqtisadçılar, hüquqşünaslar, eyni zamanda Prezident Aparatı ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev daxildir.
Previous Post

JURNALİSTİN ŞİKAYƏTİ İCRAATA GÖTÜRÜLMƏDİ

Next Post

“JURNALİSTİN BAKI MƏHKƏMƏSİ” ADLI MƏQALƏ DƏRC OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.