DİN jurnalistin işini araşdıracağını bildirir

Aprelin 8-də “Azadlıq” radiosunun Naxçıvan müxbiri Yafəz Əkrəmoğlu Daxili İşlər Nazirliyində (DİN) izahat verib. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib. Y. Əkrəmoğlunun sözlərinə görə, özünə qarşı olan şantaj və hədələrin araşdırılması və ailəsinin təhlükəsizliyinin təmin olunması üçün DİN, MTN və Respublika Prokurorluğuna yazılı müraciət göndərmişdi.

“Dünən Daxili  İşlər nazirliyin cinayət axtarış idarəsinin əməliyyat müvəkkili Nizami Orucovun qəbulunda oldum, baş verənlər barədə ətraflı məlumat verdim. Bildirdim ki, mənə qarşı olanlar məhz peşə fəaliyyətimlə bağlıdır. Mənə müraciətimin dərindən araşdırılacağını, hətta lazım gələrsə, yaşadığım binanın qarşısında polis postunun qoyulacağını dedilər” – deyə jurnalist bildirib.

Xatırladaq ki, “Azadlıq” radiosunun Naxçıvan müxbiri Yafəz Əkrəmoğlu 2012-ci ilin avqustunda Naxçıvan MTN-də işgəncə verilərək öldürüldüyü iddia edilən Turac Zeynalovun işi ilə bağlı əldə etdiyi yeni məlumatları araşdırmağa başladıqdan sonra hədə-qorxu hədəfinə çevrildiyini iddia edir. Jurnalist ona edilən hədə-qorxu dolu zənglər və mesajlarda Naxçıvanla bağlı apardığı  araşdırmaların  dayandırmasının tələb olunduğunu bildirir.

Previous Post

Azadlıq qəzetinin bank hesabına həbs qoyulur

Next Post

Məhkəmə jurnalistin iddiasını geri qaytarıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.