BBC-NİN AZƏRBAYCAN XİDMƏTİ YALNIZ İNTERNETDƏ YAYIMLANACAQ

Yanvarın 26-da  BBC korporasiyasının rəhbərliyi öz strukturunda ixtisarlar aparıldığını açıqlayıb. Böyük Britaniyanın bu ən böyük yayım korporasiyasının baş direktoru Piter Horroksun (Peter Horrocks) verdiyi məlumata görə, beş xidmət: Albaniya, Makedoniya, Serbiya, Afrika üçün Portuqaliya və Karib regionu üçün İngilis xidməti bağlanıb.

Eyni zamanda, yeni bölmələr (hub) yaradılır. Xüsusən, Avropa hub-na Rusiya, Ukrayna, Azərbaycan xidmətləri daxil olub. Bundan əlavə, Azərbaycan, Rusiya, Ukrayna, İspaniya və Vyetnam xidmətləri radioyayımı dayandıraraq, İnternet vasitəsilə yayıma keçir.

Xatırladaq ki, “Azadlıq” BBC və “Amerikanın səsi” radiostansiyalarının Azərbaycanda yerli FM tezliklərində yayımı 2009-cu ilin yanvarın 1-dən qadağan olunub.

Previous Post

ELMİN BƏDƏLOVUN ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

BƏXTİYAR HACIYEV QEYDİYYATDA OLDUĞU ÜNVANI TƏRK ETMƏMƏK ŞƏRTİ İLƏ AZADLIĞA BURAXILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.