BƏXTİYAR HACIYEV QEYDİYYATDA OLDUĞU ÜNVANI TƏRK ETMƏMƏK ŞƏRTİ İLƏ AZADLIĞA BURAXILIB

 Yanvarın 25-i axşam saatlarında  deputatlığa keçmiş namizəd, gənc fəal Bəxtiyar Hacıyevi sərbəst buraxıblar. Lakin yanvarın 26-sı onu yenidən Gəncə şəhər Prokurorluğuna çağırıblar. Bu barədə RATİ-yə  Bəxtiyar Hacıyevin nümayəndəsi Rail Abbasov məlumat verib.

“Bəxtiyar Hacıyevi bu gün ifadə vermək üçün Gəncə  şəhər Prokurorluğuna çağırıblar. İfadə verdikdən sonra Gəncə şəhərini tərk etməmək şərti ilə onu  azadlığa  buraxıblar. Bəxtiyar Hacıyev Bakıya gəlmək istədiyini, burda çoxlu işlərinin, ən əsası isə məhkəmə prosesi olduğunu bildirdikdən sonra ona deyiblər ki, Gəncə şəhər prokuroruna müraciət yaz və  bu müraciətə müsbət cavab verildikdən sonra Gəncəni tərk edə bilərsən” – deyə Abbasov qeyd edib.

Xatırladaq  ki, 2010-cu ilin noyabrında keçirilmiş parlament seçkisində 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuş Bəxtiyar Hacıyev seçkidən bir neçə gün sonra, noyabrın 17-də təhsil üçün Gürcüstana getmək istəyərkən Qazax rayonunun Qırmızı Körpü sərhəd-keçid məntəqəsində saxlanmışdı. O zaman Konstitusiya Məhkəməsi seçkinin nəticələrini hələlik təsdiq etmədiyindən deputatlığa namizəd statusunda olan Bəxtiyar Hacıyev bir gün sonra azad edilmişdi. Hazırda isə ona qarşı Cinayət Məcəlləsinin  321-cü (hərbi xidmətdən boyun qaçırma)  maddəsi ilə cinayət işi açılıb. İstintaq başa çatana qədər müstəntiq onun  Gəncə şəhərindən çıxmasına icazə vermir.

Previous Post

BBC-NİN AZƏRBAYCAN XİDMƏTİ YALNIZ İNTERNETDƏ YAYIMLANACAQ

Next Post

EYNULLA FƏTULLAYEV YORĞUNLUĞUNA GÖRƏ MƏHKƏMƏYƏ GƏLƏ BİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.