BİA.AZ-IN TƏSİSÇİSİ HAQQINDA 3 AY MÜDDƏTİNƏ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLİB

Aprelin 14-də Bakı İnformasiya Agentliyinin (Bia.az) təsisçisi Südeyf Məcidli Nəsimi rayon Məhkəməsinin qərarına əsasən  3 ay müddətinə həbs edilib.

Bu barədə bu gün (16 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) agentliyin operatoru İlham Rəsulzadə məlumat verib.

 

Onun sözlərinə görə, Südeyf Məcidli ona qarşı irəli sürülən  Cinayət Məcəlləsinin (CM) 182.2.4 maddəsi  (hədə-qorxu ilə tələb etmə – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham  olunub və o  bu gün Kürdəxanı Təcridxanasına göndəriləcək.

 

Xatırladaq ki, aprelin 12-də axşam saatlarında Bakı İnformasiya Agentliyinin (bia.az) direktoru Sudef Məcidov “7 gün” portalının təsisçisi Cavid Şıxəliyevin şikayətinə əsasən  saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılıb və haqqında 48 saat saxlanma ilə bağlı inzibati qaydada qərar qəbul olunub. Saxlanılan zaman S. Məcidliyə qarşı Cinayət Məcəlləsinin (CM) 202.2-ci maddəsi (Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri olan məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsi və ya yayılması ilə  külli miqdarda ziyan vurma) ilə cinayət işi qaldırılıb.

Previous Post

JURNALİSTİN AZYAŞLI OĞLUNU AVTOMOBİLLƏ VURAN SÜRÜCÜ CƏZALANDIRILMIR

Next Post

ƏVƏZ ZEYNALLI İLƏ BAĞLI İSTİNTAQ YEKUNLAŞIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.