Jurnalist mühafizə orqanlarından təhlükəsizliyinə təminat istəyib

yafer

Azadlıq” radiosunun Naxçıvan müxbiri Yafəz Əkrəmoğlu iyunun 12-də Xəzər Rayon Polis Şöbəsinin 2-ci polis bölməsində izahat verib. Bu barədə bu gün (13 iyun)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna(RATİ) jurnalistin özü məlumat verib.

Jurnalist ifadəsində bildirib ki, onun qonaq qaldığı evə basqın edən şəxslərdən birinin  Bakıda olması jurnalistin özü və ailəsinin həyatına təhlükə yaratdığı üçün  mühafizə orqanlarından  təhlükəsizliklərinə təminat verilməsini istəyib.

“Mən məlumat yaymışdım ki, Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Şahin adlı əməkdaşı məni izləyib, sonra daha 5 nəfərlə birlikdə mənim İstanbulda qaldığım evə basqın edib və Türkiyədə yaşayan naxçıvanlılarla bağlı çəkilişlərin verilməsini məndən tələb edib.  Daha sonra isə mənə məlumat daxil oldu ki, qonaq qaldığım evə basqın edən şəxslərdən biri Xano Əmayev hazırda Bakıdadır. Mən bununla bağlı Xəzər Rayon Polis Şöbəsinin 2-ci polis bölməsinə müraciət etmişdim. Bu gün isə məni çağırdılar və hadisə ilə bağlı izahatımı aldılar. Şöbədə mənə dedilər ki, Xano Əmayevin telefon nömərəsinə zəng çatmır və bundan artıq heç nə edə bilməzlər. Onu da qeyd edim ki, Xano Əmayevin telefon nömrəsini də polislərə mən təqdim etmişdim”,-deyə jurnalist qeyd edib.

RATİ jurnalistin qeyd etdiyi Xano Əmayev ilə saxlamaq istəsə də, onun telefona zəng çatmayıb.  Ancaq qeyd edək ki,  Xamo Əmayev “Musavat.com”a açıqlamasında Yafəz Əkrəmoğlunu təhdid etmək fikrində olmadığını, İstanbuldan Bakıya başqa məqsədlə gəldiyini və jurnalistin təhdid edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına  çağırılmadığını bildirib.

Previous Post

Şahid ifadələri jurnalistin işi üzrə yeni faktları ortaya çıxarır

Next Post

Həbsdəki Bloggerdən qan nümunəsi götürülüb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.