“AMERİKANIN SƏSİ” VƏ “AZADLIQ” RADİOLARININ “TÜRKSAT” PEYKİNDƏ YAYIMI BƏRPA OLUNDU

“Azadlıq” və  “Amerikanın səsi” və radiolarının Azərbaycan xidmətlərinin “Türksat” peyki vasitəsi ilə yayımı bərpa olunub. Artıq bu radiokanalları “TürkSat”ın radio bölümündə dinləmək mümkündür.

Qeyd edək ki, hər iki radionun “TürkSat”da yayımı oktyabrın 27-dən dayandırılmışdı. “Azadlıq” radiosunun internet səhifəsində radioların yayımının dayandırılmasını texniki səbəblərlə izah edilsə də, texniki problemin nə vaxt aradan qaldırılması ilə bağlı hər hansı məlumat verilmirdi.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) məsələni araşdırmaq üçün, Türkiyə Xarici İşlər Nazirinə və  “Türksat” rəhbərliyinə sorğu ilə müraciət etsə də, sorğulara cavab verilməyib.  

Previous Post

NOVRUZƏLİ MƏMMƏDOVUN AİLƏ ÜZVLƏRİNİN QALDIRDIĞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

RAMİL USUBOV ƏYYUB KƏRİMİ MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.