MİKLOŞ HARAŞTİ PROKURORLUĞUN XƏLİLƏ QARŞI QƏRƏZLİ MÖVQEYİNDƏN CİDDİ NARAHATDIR

ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti “BBC”nin əməkdaşı ilə söhbətində “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin (Xəlilov) ”Zeytun bağı” adlanan ərazidə döyülməsi faktı ilə bağlı açılmış cinayət işinin bağlanılmasını kəskin tənqid edib.

“Azadlıq” qəzetinin  yaydığı məlumata görə, ATƏT rəsmisi  Xəlilin bıçaqlanması ilə bağlı davam edən cinayət işinin ayrılıqda məhkəməyə təqdim edilməsinə də etirazını bildirib.
“Bu çox xoşagəlməz haldır ki, baş prokuror cənab Qaralovun rəhbərlik etdiyi qurum Strekalinin qondarma işini davam etdirmək yolunu tutub.  Mən hələ Bakıda olanda bu iki cinayət işinə ayrı-ayrılıqda baxılmasını xoşagəlməz hal hesab etmişdim. Həm də bu çox xoşagəlməz haldır ki, Xəlilə “Zeytunluq”da basqın edən təhlükəsizlik orqanları əməkdaşları artıq təmizə çıxarılıb. Xəlilə qarşı hücum lentə alınıb. İstəyənlər buna internetdə “Youtube” saytında baxa bilərlər. Prokurorluğun bəyanatında bu güclü sübutun adı da çəkilmir”, –  deyə qeyd edən Haraşti Xəlillə bağlı başlanmış məhkəmə prosesinin   beynəlxalq nəzarət altında olacağını da deyib.  

“Bir cinayəti törətməyən şəxsin məhkəmədə “bunu etmişəm” deməsi Azərbaycanın adını batırmaq deməkdir.  Yerli müşahidəçilər artıq Azərbaycan rəsmilərinin Avropa qurumlarının tövsiyə və çağırışlarını qulaqardına vurduqları qənaətindədirlər. Biz bundan narahatıq və hesab edirik ki, prezident həm bu  cinayət işinin obyektiv aparılması, həm də şərlənərək həbs edilən jurnalistlərin azad edilməsi istiqamətində iş aparmalıdır”,- deyə o, vurğulayıb.

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

MÜXALİFƏT QƏZETLƏRİ ÜÇÜN ŞİRNİKLƏNDİRMƏ KAMPANİYASI HAZIRLANILIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.