“GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün  (29 oktyabr) Yasamal rayon Məhkəməsində hakim Svetlana Əhmədovanın sədrliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin “Gündəlik Bakı” qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev  məlumat verib.
Prosesdə  iddiaçının vəkili Muxtar Mustafayev və cavabdeh tərəfin vəkili Zaur İbadov iştirak ediblər.
Baş  redaktorun  sözlərinə görə, prosesdə iddiaçının vəkili Muxtar Mustafayev sözügedən qəzetdə dərc edilmiş məqalədə hüquqlarını müdafiə etdiyi şəxsin şərəf və ləyaqətinə toxunulduğunu bildirərək, qəzetin təkzib verməsini tələb edib. Cavabdeh tərəfin vəkili Zaur İbadov isə tələbi əsassız hesab etdiyini məhkəməyə bildirib.

Hakim S. Əhmədova qərarı elan etmək üçün prosesi 30 oktyabr saat 18:00-a təyin edib.

Xatırladaq ki, A. Paşazadə "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixində dərc edilmiş "Cənubdakı narkotik marşrutu-2" adlı məqalədə şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edərək məhkəməyə müraciət etmiş, qəzetin üzr istəməsini və təkzib verməsini tələb etmişdir.
 

Previous Post

AZƏRBAYCANDA SÖZ AZADLIĞI SAHƏSİNDƏ GERİLƏMƏ MÜŞAHİDƏ OLUNUR

Next Post

“MÜXALİFƏT”ÇİLƏRİN İŞİ APELLYASİYA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.