“LİDER” TV-DƏKİ KADR DƏYİŞİKLİYİ TƏSDİQLƏNDİ

“Yeni Müsavat” qəzetinin bu günkü (21 iyun) sayında gedən məlumata görə “Lider” telekanalının Xəbərlər Departamentinin rəhbəri Vəli Əkbər iyunun 14-dən işdən çıxarılıb.

Bu məlumatı V. Əkbərin özü qəzetin əməkdaşı ilə söhbəti zamanı təsdiqləyib.  V. Əkbər buraxdığı nöqsana görə, işdən çıxarılıb və onun özü həqiqətən də nöqsan buraxdığını etiraf edib. Belə ki, hazırda “Lider”də onun vəzifəsinə Tofiq Abbasov təyin olunub. Qəzetin məlumatına görə, T. Abbasov vaxtı ilə Azərbaycan Liberal Partiyasinin sədri Lalə Şövkətin köməkçisi olub. 
      Qeyd edək “Yeni Müsavat” qəzeti bir həftə öncə “Lider” telekanalının rəhbərliyində dəyişiklik edilməsi barədə xəbər vermişdi. Həmin xəbərdə telekanalın Xəbərlər Departamentinin rəhbəri, telekanalın faktiki ikinci adamı sayılan Vəli Əkbərin, “Səda” və “Sədadan sonra” verilişlərinin baş redaktoru Vüqar Bektaşi və siyasi verilişlərin prodüseri Gülşən Əliyevanın tutduqları vəzifədən azad edildiyi haqqında məlumat verilmişdir. Lakin V. Əkbər həmin zaman bu məlumatı təkzib etmişdi.

Previous Post

MEDİANIN MÜDAFİƏSİ VƏ ALTERNATİV MEDİA İLƏ BAĞLI PROQRAM SONA ÇATIB

Next Post

EMİN HÜSEYNOV VƏ RATİ-NİN ƏMƏKDAŞLARI YAZILI İZAHAT VERİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.