MEDİANIN MÜDAFİƏSİ VƏ ALTERNATİV MEDİA İLƏ BAĞLI PROQRAM SONA ÇATIB

Azərbaycanda fəaliyyət göstərən jurnalist və hüquqşünaslardan ibarət 10 nəfərlik qrup İcma Əlaqələri Proqramının təşkil etdiyi “Medianın müdafiəsi və alternativ medianın inkişafı” mübadilə proqramında iştirak etmişlər.

Proqram ABŞ-ın Kolambus şəhərində (Ohayo ştatı) keçirilmişdir. İştirakçılar 3 həftə ərzində qəzet reaksiyalarında, telekanallarda, hüquq-mühafizə orqanlarında, məhkəmələrdə və digər qurumlarda müxtəlif görüşlər keçirmişlər. Görüşlər zamanı jurnalistlərin müdafiəsi, onların mənbələrə çıxışı, qanunvericilik, alternativ medianın və onlayn jurnalistikanın inkişafı istiqamətində ABŞ təcrübəsi barədə iştirakçılara məlumat verilmiş, iştirakçılar da öz növbəsində yuxarıda qeyd edilən məsələlərlə bağlı Azərbaycanda olan mövcud vəziyyət barədə fikirlərini bildirmişlər. Proqram iştirakçıları Azərbaycanın ABŞ-dakı səfirliyində də olmuş və burada da Azərbaycanda medianın vəziyyəti və bu vəziyyətin ölkənin beynəlxalq imicinə təsiri ilə bağlı müzakirələr aparmışlar.  Proqramda RATİ-nin əməkdaşı Rəsul Cəfərov da iştirak etmişdir.

Previous Post

RATİ-NİN SƏDRİNƏ QARŞI “QARA PİAR” KAMPANİYASINA BAŞLANILIB

Next Post

“LİDER” TV-DƏKİ KADR DƏYİŞİKLİYİ TƏSDİQLƏNDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.