EMİN HÜSEYNOV VƏ RATİ-NİN ƏMƏKDAŞLARI YAZILI İZAHAT VERİBLƏR

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynovun səhhəti kafi olaraq qalır.

Onda hələ də baş ağrıları var, müalicəsi davam etdirilir. Bu barədə məlumatı E. Hüseynov özü verib. Hüseynovun  sözlərinə görə bu gün Daxili İşlər Nazirliyi Daxili Tədqiqatlar İdarəsinin əməkdaşı Əzimov Fərhad Mərkəzləşdirilmiş Təcili Yardım Xəstəxanasında döyülməsi ilə əlaqədar ondan və hadisə yerində olan RATİ-nin digər əməkdaşları –  Rasim Əliyev və Mirrəhim Həsənovdan  yazılı izahat alıb.
 Dünən Emin Hüseynov gün ərzində bir sıra müalicə prosedurlarından keçdiyindən, buna görə də yorğun olduğundan və izahatı şəxsən yaza bilmədiyindən Əzimov izahatın bu gün yazılmasını məqsədəuyğun hesab etmişdi.
Qeyd edək ki, bu gün Azərbaycan Demokratik Partiyasının sədri  Sərdar Cəlaloğlu və partiyanın digər nümayəndələri Hüseynova baş çəkib.

Previous Post

“LİDER” TV-DƏKİ KADR DƏYİŞİKLİYİ TƏSDİQLƏNDİ

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSIZLIK İNSTITUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.