“ÇAP EVİ” MƏTBƏƏSİ BAĞLANMAQ ÜZRƏDİR

“Çap Evi” mətbəəsi bağlanmaq təhlükəsi ilə üzləşib.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) mətbəənin sahibi Şahbaz Xuduoğlu verib. O, bildirdi ki, aprelin 2-də keçirdiyi iclasda mətbəə işçilərin iş saatlarının azaldılmasını və əmək haqqlarının yarıya endirilməsini barədə qərar çıxarıb. Ş.Xudaoğlu buna səbəb olaraq mətbəədə avadanlıqların köhnə olması və maddi dəstəyin olmamasını göstərdi. Avadanlıqların təmir olunmamasının səbəbini isə bəzi qəzetlərin mətbəəyə olan borclarının qaytarmaması ilə bağlı olduğunu bildirdi.
O, həmçinin əsas müştərilərindən biri olan “Yeni Müsavat” qəzetinin artıq “Çap Evi” mətbəəsindən imtina etməsini və bundan sonra “Azərbaycan” nəşriyyatında çap olunacağını da qeyd etdi. “Yeni Müsavat” mətbəədə qalan sonuncu yüksək tirajlı qəzet olduğunu söyləyən Xudaoğlu qəzetin gedişinin mətbəə üçün böyük zərbə olacağını da vurğuladı.
Qeyd edək ki, hal-hazırda mətbəədə yalnız “Bizim Yol” və bir sıra region qəzetləri çap olunur.
“Çap Evi” avadanlıqlarını təzələməsə, fəaliyyətini dayandıracaq. Bu isə alternativ fikir istehsal edən bir qurumun itirilməsi deməkdir ”- deyən mətbəə sahibi, bütün beynəlxalq təşkilatların bu məsələyə diqqət yetirmələrini istədiyini də bildirdi. O, həmçinin “Çap Evi” mətbəəsinin müstəqil mətbuatın sığındığı yer olduğunu da vurğuladı.
Previous Post

AİLƏSİ MİRZƏ SAKİT İLƏ GÖRÜŞÜB

Next Post

ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.