AİLƏSİ MİRZƏ SAKİT İLƏ GÖRÜŞÜB

Bu gün (3 aprel) Rəna Zahidova qızı Zülfiyə Zahidova ilə birgə 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı, “Azadlıq” qəzetinin satirik yazarı Mirzə Sakitlə (Zahidov) görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Rəna Zahidova, jurnalistin saxlanma şəraitinin normal olduğunu bildirib. Görüş zamanı maddəsinin amnistiyaya düşsə də azadlığa buraxılmayacağını açıqlayan M. Sakit, amnistiyadan imtina etdiyini deyib. S. Zahidovun sözlərinə görə, 10 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə ərizə təqdim etməsinə baxmayaraq, ona əhəmiyyət verilmədiyini qeyd edib: “Bu işi araşdıran prokuroru Eyyub Qeyrətov mənim azadlığa çıxmağıma qəsdən mane olur”- deyə jurnalist əlavə edib.
Həmçinin R.Zahidova onu da bildirib ki, 10 saylı cəzaçəkmə müəssisəsinin məhkumları Mehriban Əliyevaya müraciət ünvanlayaraq, amnistiyanın icra olunmadığını vurğulayıblar.
Xatırladaq ki, Sakit Zahidov (Mirzə Sakit) narkotik maddə saxlama ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. 2009-cu il martın 17-də qüvvəyə minən amnistiya aktı ilə cəzasının qalan hissəsindən azad edilib.
Previous Post

“TELEVİZİYA VƏ RADİO YAYIMI HAQQINDA” QANUNA DƏYİŞİKLİK EDİLDİ

Next Post

“ÇAP EVİ” MƏTBƏƏSİ BAĞLANMAQ ÜZRƏDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.