ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Aprel ayının 4-ü Emin Fətullayev 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən oğlu, “Realnıy Azərbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat Emin Fətullayev özü məlumat verib.

Onun sözlərinə görə, baş redaktorun vəziyyəti yaxşıdır və heç bir şikayəti yoxdur. Həmçinin Emin Fətullayev bildirib ki, aprel ayının 2-də 12 saylı cəzaçəkmə müəssisəsinin xüsusi şöbəsi Eynulla Fətullayevə ünvanlanmış Ali Məhkəmənin müraciətini ona təqdim edib. Müraciətə imza atan Ali Məhkəmə aparatının rəhbəri Bəşir Abdullayev beynəlxalq hökumət təşkilatlarının prezidentə ünvanladığı müraciətlərdə baş redaktorun qeyd-şərtsiz və dərhal azadlığa buraxılmasını əsas gətirib məhkumu Ali Məhkəmənin plenumuna müraciət etməyə dəvət edib. (Məktubun tarixi 16.03.2009-ci il, nömrəsi 3-ci 78/09) Eynulla Fətullayev isə öz növbəsində Azərbaycan məhkəmələrinin ədalətsiz və sifarişli qərarlarından Avropa məhkəməsinə şikayət göndərdiyindən və hazırda işinin hökumətlə Kommunikasiya səviyyəsində olduğundan bu təklifdən imtina edib.
Xatırladaq ki, hələ ötən il, 12.02.2009-cu il tarixində Fətullayevə Ali Məhkəmədən bu tipli təklif və müraciətlər daxil olsa da, o Avropa Məhkəməsinin qərarını gözlədiyini və yerli məhkəmələrin sifarişi ilə fəaliyyət göstərdiyindən, ekstra ordinar məhkəmə instansiyalarına lüzum görmədiyini bildirib.
Emin Fətullayev onu da əlavə etdi ki, nüfuzlu Beynəlxalq “Hoch Foundation” təşkilatı prezident İlham Əliyevə müraciət edərək E.Fətullayevin indiyə qədər qondarma və saxta ittihamlarla həbsdə saxlandığını bildirərək, jurnalistin təcili azad olunmasını tələb edib.
Emin Fətullayev daha sonra onu da bildirdi ki, qərbin məşhur elmi ocaqlarından və təşkilatlarından E. Fətullayevə dəstək məktubları gəlməkdə davam edir. Ötən həftə baş redaktor Londonun məşhur “Economical School” (Urmucagu məktəbindən ), “Merchant Taylers School” (M. Teyler məktəbindən), “Leicester University” (Laycester Universiteti), “Amnesty İnternational” (Beynəlxalq Amnistiya) təşkilatının fəalları tərəfindən, həmçinin Böyük Britaniya, İsveç və Holandiyadan 60-ə qədər dəstək məktubu gəlib.
Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq  2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Previous Post

“ÇAP EVİ” MƏTBƏƏSİ BAĞLANMAQ ÜZRƏDİR

Next Post

“YENİ MÜSAVAT” “ÇAP EVİ”NDƏKİ NƏŞRLƏRİNİN DAYANDIRILMASININ SƏBƏBLƏRİNİ AÇIQLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.