BAŞ REDAKTOR ƏSGƏRİN BARMAĞINI ƏZMƏKDƏ İTTİHAM EDİLİR

Bu gün (7 avqust) Yasamal Rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə əsgər Əli Yusifovun “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə RATİ-yə “Gündəlik Bakı” qəzetinin şef redaktoru Ədil Hüseynli məlumat verib.
Onun sözlərinə görə proses zamanı ittihamnamə elan edilib, daha sonra şahidlər və iddiaçı ifadə verib: ”Şahidlər hərəsi bir ifadə verdi, biri digərinin dediyini inkar etdi. Əvvəlki proseslərdə də əsgər Yusifov Habil Vəliyevi tanımadığını demişdi, bu dəfə də əsgər özü bunu etiraf etdi”, – deyə qeyd edən  Ədil Hüseynli hesab etdi ki, iddia qondarmadır və bu iddia Müdafiə Nazirliyinin sifarişi ilə baş redaktora qarşı qaldırılıb.
Xatırladaq ki, “Gündəlik Bakı ” qəzetinin baş redaktoru Habil Vəliyev Cinayət Məcəlləsinin 188 (torpaq üzərində mülkiyyət hüququnu  pozma) və 315.1 ( xidməti vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərmə) maddələri ilə ittiham olunur. İddiaya görə, o, Müdafiə Nazirliyinin istifadəsinə verilmiş ərazidə xeyir-şər evi tikdirmiş. Bu il fevralın 25-də həmin xeyir-şər evi Müdafiə Nazirliyi İstismar İdarəsinin Mənzil İstismar Xidməti bölüyünün əsgərləri tərəfindən sökülərkən guya baş redaktor əsgər Yusifova xəsarət  yetirib və nəticədə  əsgərin çeçələ barmağı əzilib.
Proses avqustun 18-də saat 11.00-da davam edəcək.
Previous Post

HƏFTƏLİK QƏZETLƏR PREZİDENTİN SƏRƏNCAMINDAN NARAZI QALIBLAR

Next Post

AQİL XƏLİLİN İDDİASI İLƏ BAŞLANMIŞ MƏHKƏMƏ PROSESİ YEKUNLAŞMAQ ÜZRƏDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.