AQİL XƏLİLİN İDDİASI İLƏ BAŞLANMIŞ MƏHKƏMƏ PROSESİ YEKUNLAŞMAQ ÜZRƏDİR

Bu gün (07 avqust) Yasamal rayon Məhkəməsinin hakimi Xaqani Tağıyevin sədrliyi ilə "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin Baş Prokurorluğa, müstəntiq Əli Quliyevə və telekanallara (AzTV, "Lider", "Space" və ATV) qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilməli idi.

Amma iddiaçı tərəfin prosesdə iştirak etmədiyinə görə, hakim  məhkəmə iclasını 28 avqust saat 15.00-a qədər təxirə saldı. Hakim X. Tağıyevin sözlərinə görə,  həmin gün prosesin yekunlaşacağı gözlənilir və bu səbəbdən də o,  həm iddiaçının, həm də cavabdehlərin bu prosesə qatılmalarını zəruri hesab etdi.
Qeyd edək ki, hazırda Fransada mühacirətdə olan A. Xəlilin maraqlarını bu prosesdə vəkil Elçin Sadıqov müdafiə edir.
Hansı səbəbdən prosesə qatılmadığı ilə bağlı RATİ-nin sualını cavablandıran E. Sadıqov qeyd etdi ki, o, şəxsi işi çıxdığına görə prosesdə iştirak etməyib.
Previous Post

BAŞ REDAKTOR ƏSGƏRİN BARMAĞINI ƏZMƏKDƏ İTTİHAM EDİLİR

Next Post

“YENİ NƏSİL” MEDİA ÜZƏRİNDƏ APARDIĞI MONİTORİNQƏ DAİR HESABAT AÇIQLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.