BAŞ REDAKTOR İSTİNTAQIN GEDİŞİNDƏN NARAZIDIR

 “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev dünən (18 fevral) Daxili İşlər naziri Ramil Usubova və Baş prokuror Zakir Qaralova sonuncu dəfə müraciət edib.

Müraciətdə baş redaktor özünün döyülməsi ilə bağlı istintaqın gedişindən narazı qaldığını bildirib. Bu barədə RATİ-yə məlumat verən baş redaktor onu da əlavə edib ki, bundan əvvəl də bir neçə dəfə adları çəkilən şəxslərə müraciət etsə də, istintaqda bir yenilik olmayıb.
RATİ-nin əməkdaşının “bu müraciətdən sonra da istintaqda irəliləyişlərin olmayacağı təqdirdə hansı addımlar atacaqsınız” sualını cavablandıran Həziyev qeyd etdi ki, “hələ dəqiq bilmirəm və bu barədə məsləhətləşməliyəm”.
Xatırladaq ki, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev 2006-cı il mayın 18-dən 19-na keçən gecə oğurlanaraq qəddarcasına döyülmüş və ağır fiziki işgəncələrə məruz qalmışdır. Faktla bağlı Abşeron Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.

Previous Post

ANS 14 SAYLI ÇƏZAÇƏKMƏ MÜƏSSİSƏSİ HAQQINDA MÜƏLLİF VERİLİŞİ NÜMAYİŞ ETDİRİB

Next Post

MİRZƏ SAKİT NEVROLOJİ ŞÖBƏDƏ MÜALİCƏ OLUNUR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.