DÜNYA QƏZETLƏRİ ASSOSİASİYASININ İCRAÇI DİREKTORU AZƏRBAYCANDA SÖZ AZADLIĞININ TƏHLÜKƏDƏ OLDUĞUNU DE

Dünən (24 sentyabr) Dünya Qəzetləri Assosiasiyasının icraçı direktoru Timoti Baldinq Bakıda mətbuat konfransı keçirib. “Azadlıq” radiosunun məlumatına görə, cənab Baldinq Bakıda xeyli görüşlər keçirdiyini deyib və fərqli media təmsilçiləri görüşdən heç də nikbin ayrılmadığını vurğulayıb.

Qonaq deyib ki, son bir neçə ildir onlar Azərbaycanda media sahəsində baş verən dəyişiklikləri diqqətlə izləyirlər:
”Hər şeydən əvvəl bizi narahat edən məsələ ölkədə güclü, azad mətbuatın inkişaf etməməsi və jurnalistlər üçün təhlükəli iş mühitinin olmasıdır. Biz istərdik ki, Azərbaycanda həbsdə olan 3 jurnalistin azadlığa buraxılması təmin olunsun və hazırda məhkəmə prosesi gedən bloqçulara bəraət qazandırılması mümkün olsun. Jurnalistlərə qarşı fiziki hücum və digər təhlükələrin aradan qaldırılmasını, mətbuat nümayəndələrinin məhkəmələrə cəlb olunmasının dayandırılmasını istərdik” – deyən T.Baldinq əlavə edib ki, Prezident Administrasiyası İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənovla görüşdə ondan həbsdə olan 3 jurnalistin dərhal azadlığa buraxılmasını istədiklərini prezidentə çatdırmağı xahiş ediblər.
”Cənab Həsənov söz verib ki, bloqçularla bağlı məsələni prezidentlə müzakirə edəcək və əlindən gələni edəcək ki, onlara qarşı olan məhkəmə prosesi dayandırılsın” – Dünya Qəzetləri Assosiasiyasının icraçı direktorunun sözlərinə görə, əgər hökumət verdiyi vədlərə riayət etməsə, Azərbaycandakı vəziyyətlə bağlı Avropa Şurası, BMT və sair qurumlar qarşısında məsələ qaldıracaqlar.
T.Baldinq mətbuat konfransında onu da deyib ki, Əli Həsənov dövlət tərəfindən çap olunan qəzetlərin tədricən dayandırılması da baş verəcək.
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə dünən (24 sentyabr) APA-ya açıqlamasında bildirib ki, dövlət qəzetlərinin bağlanacağı ilə bağlı heç bir açıqlama verməyib: “Mən qeyd etmişəm ki, rəsmi dövlət qəzetləri hazırda hökumətin qəbul etdiyi qərarları, görülən işləri, qanun layihələrini dərc edir. Həmçinin o ümidimi də ifadə etmişəm ki, qarşıdakı illərdə Azərbaycanda siyasiləşmiş mətbuat anlayışı aradan qalxsa, o zaman rəsmi dövlət qəzetlərinə də ehtiyac olmaya bilər” – deyə Ə.Həsənov bildirib.

Previous Post

“AZƏRBAYCAN RUSİYA VƏ ABŞ ARASINDA” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Next Post

EYNULLA FƏTULLAYEV BEYNƏLXALQ MƏTBUAT AZADLIĞI MÜKAFATINA LAYİQ GÖRÜLÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.