Jurnalistlərin Müdafiə Komitəsi (JMK) Somali, Şrilanka, Tunis və Azərbaycandan olan 4 jurnalisti Beynəlxalq Mətbuat Azadlığı mükafatına layiq görüb. Azərbaycandan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin də adı həmin mükafatçıların siyahısına daxil edilmişdir. Mükafatların noyabr ayında keçiriləcək mərasimdə təqdim olunması nəzərdə tutulub.
Bu barədə Jurnalistlərin Müdafiə Komitəsindən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) daxil olan məlumatda bildirilir: “E.Fətullayevin dostu və həmkarı Elmar Hüseynovun qətlindən sonra Eynulla Fətullayev jurnalistin qatilini tapmaq üçün mübarizəyə başladı və sonda 8 illik həbs cəzasına layiq görüldü.”
“Jurnalistlərin mükafatlandırılması həmin jurnalistlərin sadəcə JMK–nin dəyərlərinə sadiq olduqları üçün deyil, mətbuat azadlığı dəyərlərinin saxlanılması üçün ədalətsizliyə qarşı mübarizə apardıqlarına görə verilib. Həbslər təzyiqlər, ölüm hədələri bu qeyri-adi jurnalistləri işinə davam etməsindən çəkindirə bilməz” – deyə, JMK-nın İcraedici Direktoru Joel Simon bildirib.
Qeyd edək ki, bu gün (25 sentyabr) Eynulla Fətullayevin ad günüdür. Jurnalist 33 yaşını dəmir barmaqlıqlar arxasında qeyd edir.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.