JURNALİSTİN POLİS TƏZYİQİNƏ MƏRUZ QALMASI FAKTINI PROKURORLUQ ARAŞDIRACAQ

iyun 17th, 2009
Bu gün (17 iyun) “Yüksəliş Naminə” qəzetinin müxbiri Elçin Həsənov Səbail rayon Prokurorluğuna çağırılıb. Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) E.Həsənov özü verib.

Elçin Həsənov bildirdi ki, 10 may tarixində onun təzyiqə məruz qalması ilə bağlı qəzetin baş redaktoru Elçin Məmmədov ölkə Prezidentinə və Daxili İşlər Nazirliyinə göndərdiyi müraciət baxılması üçün Səbail rayon Prokurorluğuna göndərmişdir olacaq.
 “Mən prokuror köməkçisi Rəsmiyyə Kazımovaya şəkil və video roliklərdə mənə təzyiq etmiş polis nəfərlərini göstərdim və vurğuladım ki, əynimdə PRESS yazısı olan gödəkcə olmasına baxmayaraq, mənə qarşı təzyiq etmişdirlər. Prokurorluqdan bildirdilər ki, artıq iş ilə prokurorluq məşğul olacaq.
Xatırladaq ki, 30 apreldə Azərbaycan Dövlət Neft Akademiyasında silahlı basqında həlak olanlarla bağlı matəm elan olunmasını istəyən və “Gül bayramı” nın keçirilməsinə etiraz edən bir qrup gənc 10 may tarixində bir qrup gəncin polisdə saxlanılması ilə əlaqədar 39-cu polis bölməsinə gedən müxbir polis tərəfindən təzyiqə məruz qalmışdı.