NORVEÇ VƏTƏNDAŞLARI AZƏRBAYCANDA MƏTBUAT AZADLIĞININ PİSLƏŞMƏSİ HAQQINDA BƏYANAT İMZALAYIBLAR

 Şənbə günü, 6 iyun tarixində Norveçin paytaxtı Oslo şəhərində "İdeya Bazarı" toplantısı keçirilib. Toplantıda Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) da daxil olmaqla İnsan Hüquqları Evi  Şəbəkəsinin üzvləri köşk təşkil edib, İnsan Hüquqları Evi  Şəbəkəsinin tərtibatı və işi haqqında  informasiya verib və bir neçə bəyanata  imza toplayıblar.

 Azərbaycanda həbsdə olan jurnalistlərin – Eynulla Fətullayev, Qənimət Zahid, Müşfiq Hüseynov və Novruzəli Məmmədovun şəkilləri də köşkdən asılıb.
RATİ-nin narahatlıq ifadə etdiyi və demək olar ki, Azərbaycanda qanunsuz olaraq həbs edilən jurnalistlərin azad olunması, Elmar Hüseynovun qatillərinin tapılması və kütləvi informasiya vasitələrinin üzləşdiyi başqa problemlərin həlli ilə bağlı təşəbbüs bəyanatına 77 imza yığıldı.
Əlavə məlumat və fotolar üçün aşağıdakı linkə müraciət edə bilərsiniz:
Previous Post

MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINIB

Next Post

NOVRUZƏLİ MƏMMƏDOVUN KASSASİYA ŞİKAYƏTİ RƏDD EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.