MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINIB

Bu  gün (10) Binəqədi rayon məhkəməsində hakim Allahverən Həsənovun sədrliyi ilə Korrupsiya və cəmiyyət” jurnalının baş redaktoru Məmməd Əhmədoğlunun Mətbuat Şurasına qarşı iddiasına əsasən keçirilməli olan məhkəmə prosesi baş tutmayıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna baş redaktorun özü məlumat verib: “Cavabdeh tərəf artıq ikinci dəfə prosesə gəlmədiyindən hakim bildirdi ki, cavabdeh növbəti prosesdə iştirak etməsə, onların iştirakı olmadan qərar verəcək” – deyən M.Əhmədoğlu bildirdi ki, növbəti proses 12 iyun saat 15.30-a təyin olunub.
Qeyd edək ki, Mətbuat Şurası“ bir müddət əvvəl “reket qəzetlər” siyahısını açıqlayarkən, “Korrupsiya və Cəmiyyət” jurnalını da bu siyahıya daxil edib. Bu səbəbdən də M.Əhmədoğlu Binəqədi rayon məhkəməsinə müraciət edərək, Mətbuat Şurasının təkzib verərək üzr istəməsini və dəymiş mənəvi ziyana görə 250.000 (yüz min) manat ödəməsini istəyir.
Previous Post

PƏRVİZ ƏZİMOVUN İDDİASINA ƏSASƏN KEÇİRİLMƏLİ OLAN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Next Post

NORVEÇ VƏTƏNDAŞLARI AZƏRBAYCANDA MƏTBUAT AZADLIĞININ PİSLƏŞMƏSİ HAQQINDA BƏYANAT İMZALAYIBLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.