POLİS QHT-LƏRİN PİKETİNDƏ JURNALİSTLƏRƏ VƏ PİKET İŞTİRAKÇILARINA TƏZYİQ GÖSTƏRDİ IRFS©

Bu gün (30 iyun) Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin (VCMK) “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “KİV haqqında” Azərbaycan Respublikası Qanunlarına təklif edilən dəyişikliklərə etiraz əlaməti olaraq  keçirdiyi piketdə jurnalistlər və QHT nümayəndələri təzyiqlərə məruz qalıblar.

Keçmiş Əzizbəyov heykəlinin qarşısında toplaşan və Milli Məclisin qarşısına yürüş etməyi planlaşdıran aksiya iştirakçılarına özlərini təqdim etməyən mülki geyimli şəxslər   yaxınlaşaraq, dağılışmaq barədə göstəriş verdilər. Həmçinin media nümayəndələrinə video və foto çəkiliş aparmağa mane olmaq istəyən və sonradan polis olduğu aydınlaşan mülki geyimli polislər aksiyaçıların və jurnalistlərin parlamentə doğru hərəkətinin qarşısını almaq üçün bir neçə nəfərə, o cümlədən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynova fiziki təzyiq göstərdilər. Fiziki təzyiq nəticəsində Emin Hüseynovun əl çantası yararsız hala düşüb. Bundan başqa, “Azadlıq” radiosunun parlamentə akreditə olunmuş əməkdaşına polis əməkdaşları mane olsalar da, hadisə yerində olan Yasamal Rayon Polis İdarəsinin rəisi Möhübbət Hüseynovun müdaxiləsindən sonra jurnalistin Milli Məclis istiqamətinə hərəkəti mümkün olub.
Aksiya iştirakçılarının əllərində olan “Antidemokratik qanunlara yox!!!” və “Birləşmək hüququmuzu tanıyın” şüarları yazılmış vərəqələr də polislər tərəfindən zorla alınaraq cırıldı. Yasamal RPİ-nin rəisi VCMK 3 işçi qrupundan 3 nəfərə piketin qətnaməsini təqdim etmək üçün parlamentə yaxınlaşmağa icazə verdi və qətnamə Milli Məclisə təqdim olundu.
Previous Post

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMITƏSİ TOPLANTI KEÇİRİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.