AŞPA AZƏRBAYCANA YENİ HƏMMƏRUZƏÇİ TƏYİN EDİB

Maltadan olan deputat Cozef Debon Qreş Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni məruzəçisi təyin edilib.

O, deputat səlahiyyətləri başa çatan bolqarıstanlı deputat Yevgeniya Jivkovanı əvəz edib. Qreş bu vəzifəyə çərşənbə günü (18 noyabr) Parisdə AŞPA Monitorinq Komitəsinin iclasında keçirilən alternativ seçkilər zamanı seçilib. Bu barədə “Turan”a AŞPA-da Azərbaycanın nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.
Xatırladaq ki, AŞPA-nın digər həmməruzəçisi estoniyalı deputat Andres Herkeldir.

Previous Post

MAHAL İSMAYILOĞLUNUN KASSASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

AVROPA İTTİFAQININ “ŞƏRQ TƏRƏFDAŞLIĞI” PROQRAMININ İŞTİRAKÇISI OLAN ÖLKƏLƏRİN VƏTƏNDAŞ CƏMİYYƏTİ FOR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.