QHT-LƏRƏ DÖVLƏT DƏSTƏYİ ŞURASI HESABAT VERİB

Bu gün (28 yanvar) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2009-cu ildəki fəaliyyəti ilə bağlı hesabat təqdim olunub.

Şura sədri Azay Quliyev bildirib ki, 2009-cu ildə şuraya təqdim olunan 613 layihədən 248-i maliyyələşdirilib və buna uyğun olaraq “2009-cu ildə maliyyələşdirilən layihələr” adlı kitab nəşr olunub. O qeyd edib ki, layihələrin icrası ilə bağlı bəzi təşkilatlarla  problemlər də yaranıb ki, həmin təşkilatlar 2 il müddətinə QHT Şurasının maliyyə yardımından məhrum ediliblər.
Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov isə bildirib ki, QHT-lərə ayrılmış qrantlar nəticəsində 589 nəfər daimi, 501 nəfər isə müvəqqəti işlə təmin olunublar. Bundan əlavə 2009-cu ildə həyata keçirilən qrant layihələrindən 106 mindən çox insan faydalanıb.

Previous Post

İFADƏ AZADLIĞININ MÜDAFİƏ KOMİTƏSİ YARADILIB

Next Post

VƏTƏNDAŞ CƏMİYYƏTİNƏ DƏSTƏK KOALİSİYASININ TOPLANTISI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.