KLUB PREZİDENTİ QƏZET REDAKSİYASINA BASQIN EDİB

Aprelin 7-də futbol üzrə Azərbaycan çempionatının I divizionunda mübarizə aparan “Bakılı” klubunun prezidenti Misir Əbilov “Futbol+” qəzetinin redaksiyasına basqın edib. Bu barədə “Qafqazinfo” saytına  Futbol365.az saytına qəzetin baş direktoru Cəsur Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Əbilov klubun inzibatçısı Babək Mahmudovla redaksiyaya gələrək qəzetin əməkdaşlarını küçə söyüşləri ilə təhqir edib.

C.Məmmədov deyib ki, klub prezidentini hiddətləndirən qəzetdə onun dediyi fikirlərin olduğu kimi çap olunmasıdır: “Misir Əbilov müxbirimizlə söhbətində “Foqts Almaniyada bir milyon dollardan çox pulun başına daş salıb” deyib. Onun bu fikirləri də qəzetimizin bugünkü nömrəsində çap oluub. “Bakılı”nın prezidenti deyir ki, bu sözləri elə-belə deyibmiş, yazmaq üçün yox. Misir Əbilov redaksiyada o qədər səs-küy salıb küçə söyüşləri söydü ki, axırda məcbur olub polisə zəng etdik. Polis hadisə yerinə gələnə qədər onlar redaksiyadan getmişdilər”.

 

Previous Post

BƏXTİYAR HACIYEVİN İŞİ ÜZRƏ MƏHKƏMƏ HAZIRLIQ İCLASI BAŞLANIB

Next Post

EYNULLA FƏTULLAYEV MƏHKƏMƏYƏ GƏTİRİLMƏDİYİ ÜÇÜN PROSES YENƏ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.