Aprelin 7-də Gəncə şəhəri Nizami rayon məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə orduda xidmətdən yayınmaqda ittiham olunan gənc fəal Bəxtiyar Hacıyevin işi üzrə hazırlıq iclası keçirilib.
Onun sözlərinə görə, gənc fəal Bəxtiyar Hacıyevin vəkilləri vəsatət qaldıraraq onun ictimaiyyət üçün təhlükəli cinayət törətmədiyi üçün dəmir barmaqlıqlar arasından çıxarılıb vəkillərlə bir yerdə oturulmasını məhkəmədən xahiş ediblər. Hakim bu vəsatəti təmin edib. Daha sonra vəkillər Bəxtiyar Hacıyevin cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb.
Bununla belə vəkil Konstitusiyaya Məhkəməsinə sorğu göndərilərək konstitusiyada təsbit olunan alternativ xidmət haqqında müddəasının mahiyyəti barədə məlumat istəyib.
Məhkəmə bu vəsatətlər baxılmamış saxlayıb.
Hazırlıq iclası sabah davam edəcək.
Xatırladaq ki, Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb, fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.
Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib. Hüquq mühafizə təşkilatları hesab edirlər ki, 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.